Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-17 10:05:00
“Rus dili xarici dil kimi” II beynəlxalq onlayn olimpiadaya qeydiyyat  davam edir  

Dövlət İmtahan Mərkəzi Azərbaycan vətəndaşlarını tərəfdaşı olan Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) təşkil etdiyi “Rus dili xarici dil kimi” II beynəlxalq onlayn olimpiadada iştirak etməyə dəvət edir.

 

Olimpiadaya 12-30 yaş arası, Rusiya Federasiyasının vətəndaşı olmayan və Rus dili xarici dil kimi fənnində öz biliklərini yoxlamaq istəyənlər qatıla bilərlər. Rus dili üzrə bilik yarışlarına və tədbirlərə marağın artırılması istiqamətində təşkil edilən bu olimpiadanın 5 noyabr - 13 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.

 

Uğur qazanmış namizədlər diplom, xatirə mükafatları, rus dili dərslikləri və Rus dili xarici dil kimi dövlət imtahanına (ТРКИ) ödənişsiz vauçer əldə edə biləcəklər.

 

Bu olimpiada Rus dili xarici dil kimi fənni üzrə ən kütləvi olimpiadadır və Rusiyanın ən qədim universiteti olan SPDU ilə Rusiya Federasiyasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilir. Qeyd edək ki, 2019-cu ildə keçirilən eyni məzmunlu tədbirdə dünyanın 131 ölkəsindən 7199 nəfər iştirak edib.

 

Olimpiadada iştirak etmək istəyənlər noyabr ayının 23-dək onlayn qaydada SPDU-nun rəsmi veb-səhifəsində qeydiyyatdan keçməlidirlər. Tədbir haqqında ətraflı məlumat, qeydiyyat məsələləri və hazırlıq üçün demo materiallarla aşağıda verilmiş keçiddən tanış olmaq mümkündür.

 

https://rusolymp.edu.ru/

 

Qeyd edək ki, olimpiadada uğur qazanacaq namizədlərə təqdim ediləcək Rus dili xarici dil kimi dövlət imtahanına (ТРКИ) ödənişsiz vauçerləri DİM tərəfindən təşkil ediləcək adı çəkilən imtahan zamanı istifadə etmək mümkün olacaq.