Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-31 15:06:00
Özünü ikinci dəfə koronavirusa yoluxduran professor - Eksperiment aparır

Novosibirsk Eksperimental klinik İnstitutunun aparıcı elmi işçisi, professor Aleksandr Çepurnov sağlamlığını təhlükə altına qoyaraq, ikinci dəfə koronavirusa yoluxub.


AzEdu.az xəbər verir ki, birinci dəfə o təsadüfən yoluxub, hətta xəstəxanaya düşüb. Amma ikinci dəfə qəsdən özünü təcrübə naminə yoluxdurub.


O bununla koronavirus xəstəsinin immunitet və antitelinin nə qədər möhkəm və davamlı olmasını yoxlamaq istəyib.


"İlk dəfə fevralda Fransada yoluxmuşdum. Dadbilmə və qoxunu itirdim. Xəstəliyimə görə Vətənə tez döndüm. Mənə ikitərəfli pnevmoniya diaqnozu qoyuldu. Bir ay sonra antitel analizi verdim və yeni koronavirusa qarşı antitelin olması təsdiqləndi".


Bundan sonra mütəmadi antitel analizi verən professor onların sürətlə azaldığını müşahidə edib.


Xəstəlikdən sonrakı 3 ayın sonunda ümumiyyətlə antitellər itib.