Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 12:20:00
Beynəlxalq olimpiada qaliblərinin SAYI – Onlar imtahansız qəbul olunacaqlar  

Xəbər verdiyimiz kimi Milli Məclisin növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq, qəbul olunub. Dəyişikliyə əsasən, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Bəs, Respublika fənn və beynalxalq olimpiadaların təxminən nə qədər qalibi var?

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bu il Respublika fənn olimpiadasının nəticələrinə əsasən, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib.

Beynalxalq olimpiadalarda isə 1994-cü ildən 314 medal qazanılıb. Son 5 ildə məktəblilər  3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal əldə ediblər. Bu da müstəqillik dövründə qazanılan bütün medalların təxminən 3 faizi deməkdir.

Qeyd edək ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları, fənn müsabiqələri və beynəlxalq fənn olimpiadaları müstəsna rol oynayır. Burada əsas  məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, bilklərə marağı artırmaq və özünə inam hisslərini göcləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təmin etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları