Azedu.az

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatdı    

26 Sentyabr 2020, 15:27
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatdı    

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ixtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi – 32) öz ərizəsini təsdiqləyib.

 

Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox