https://www.zirve.edu.az/
12.09.2020 15:17
BMU tələbəsinin UĞURU

Bakı Mühəndislik Universitetinin (BMU) magistr tələbəsi Kənan Yusubov “Google” şirkətinin Proqramçı Tələbələr Klubu proqramına Klubun yerli bölməsinin rəhbəri olaraq qəbul olunub. Belə ki, BMU-nun İnnovasiya Mərkəzində “Google” Proqramçı Tələbələr Klubu - Developer Student Clubs (DSC) yaradılacaq. 

 

AzEdu.az xəbər verir ki, Azərbaycanın ali təhsil müəssisələrindən bu proqrama müraciət edənlər çox olsa da, proqrama ölkəmizdən 2 nəfər tələbə qəbul olunub ki, onlardan biri BMU tələbəsi Kənan Yusubovdur.

 

Proqramçı Tələbələr Klubu “Google” tərəfindən yaradılan və tələbələr üçün təşkil olunan proqramdır. Sözügedən proqramda rəhbərlik bir il təyin olunur və bu müddət ərzində tələbəmiz və onun formalaşdırdığı klub yeni layihələr üstündə işləməli və innovativ tədbirlər həyata keçirməlidir. Bu proqram sayəsində tələbələr öz təhsil mərkəzi ilə “Google” arasında əməkdaşlıq əlaqələri yarada və öz üzərində işləyərək inkişaf edə, karyerasına böyük töhfə verə bilər. İlin sonunda isə klublar öz innovativ həllini “Google”a təqdim etməlidir.