Azedu.az

Rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə vəsait tərtib edilib

Rezidentura

Dövlət İmtahan Mərkəzi

1 Sentyabr 2020, 17:14
Rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə vəsait tərtib edilib

Bu vəsait 2018-ci ildə Azərbaycan dilində nəşr edilmiş “Terapevtik stomatologiya (Parodont və oral mukoza xəstəlikləri)” adlı vəsaitin rus dilinə tərcüməsidir.

 

AzEdu.az xəbər verir ki, vəsait Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya fənni üzrə tədris proqramı və DİM-in rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb. 



Vəsait tərtib olunarkən qəbul imtahanlarında namizədlərin çətinlik çəkdikləri konkret problemlərə daha çox diqqət yetirilib. Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulsa da, ondan tibb təhsili müəssisələrinin tələbələri, eləcə də bu fənni tədris edən müəllimlər də istifadə edə bilərlər.



Kitabı www.abiturient.az saytında “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemi” vasitəsilə pdf formatda əldə etmək mümkündür.

Azərbaycana narkotik gətirən əsas adam tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox