Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 11:47:00
Təhsil Nazirliyi MİQ imtahanında iştirak edən namizədlərə müraciət etdi

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərə müraciət edib.

 

AzEdu.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin şəxsi səhifələrində qeyd olunan vaxtdan 1 saat əvvəl imtahan təşkil ediləcək mərkəzdə olması vacibdir.

 

"Namizədlərin nəzərinə çatdırırıq ki, imtahan başlamazdan yarım saat əvvəl qeydiyyat başa çatır. Qeydiyyat prosesi başa çatdıqdan sonra imtahan mərkəzinə gələn namizədlərin imtahanda iştirakına icazə verilmir", - müraciətdə bildirilib.