Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 14:45:00
Çində məktəbliləri aparan avtobus su anbarına aşdı: 20-dən çox ölü

Çinin cənub-qərbindəki Quyçjou əyalətində avtobus su anbarına aşıb.

 

AzEdu.az-ın  məlumatına görə, qəza nəticəsində 21 nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.

 

Qeyd olunur ki, məktəbliləri aparan avtobus naməlum səbəblərdən aşıb və dəmir sədləri qıraraq, su anbarına düşüb. Xilaedicilər avtobusu sudan çıxarıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.