Azedu.az

Rezidenturaya qəbul imtahanına qeydiyyat başladı

Rezidentura

4 İyun 2018, 10:26
Rezidenturaya qəbul imtahanına qeydiyyat başladı

Bu gündən rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a  verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 manat) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox