https://www.zirve.edu.az/
17.05.2020 12:25
"İnklüziv ali təhsildə 3N" mövzusunda vebinar keçiriləcək    
Çap et

UNEC-in 90 illik yubileyi və UNEC İnklüziv Təhsil Mərkəzinin 5 illiyi münasibətilə 20 may 2020-ci il tarixində, saat 16.00-da “İnklüziv ali təhsildə 3N”: “Nəyi bilməliyik?”,  “Nə etməliyik?” və “Nə edə bilərik?” mövzusunda beynəlxalq vebinar keçiriləcək.

 

 AzEdu.az  xəbər verir ki, Vebinarda Makedoniya Universitetinin Təhsil və Sosial Siyasət Departamentinin rəhbəri, dosent Lefkothea Kartasidou, Türkiyənin Qlobal Əngəllilər Fondunun təsisçisi və prezidenti Necdet Öztürk, «Regional İnkişaf İctimai Birliyi»nin həyata keçirdiyi layihənin inklüziv təhsil üzrə mütəxəssisi Fərid Suleymanov, Xəzər Universitetinin Psixologiya şöbəsinin koordinatoru, “Psixoloji Xidmət Mərkəzi”nin rəhbəri Mələk Kərimova, UNEC 24/7 Kitabxanasının direktoru, İnklüziv Təhsildə Elektron kitabxana mütəxəssisi Arzu Məmmədova və UNEC-in Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının dosenti Təranə Əliyeva məruzə ilə çıxış edəcəklər.

 

Vebinarın təşkilatçısı və moderatoru UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimovadır.

 

Seminarda aşağıdakı mövzular müzakirə ediləcəkdir:

 

  1. İnklüziv təhsil nədir?
  2. Əlilliyin növləri (nozologiyalar)
  3. İnklüziv təhsil necə təşkil olunmalıdır?
  4. İnklüziv təhsildə qarşıya çıxan problemlər və onların həlli yolları
  5. İnklüziv təhsildə istifadə edilən rəqəmsal texnologiyalar
  6. İnklüziv təhsildə kitabxana xidmətinin təşkili

 

Vebinarda Rusiya və Türkiyə universitetləri ilə yanaşı, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti və digər dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəkdir.