Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 14:58:00
Müəllimlər şagirdləri üçün rəqs etdi -TƏSİRLİ VİDEO

 

 

Dejavu Production Hədəf STEAM Liseyinin təşkilatçılığı ilə #şagirdinüçünrəqset (#danceforstudents) beynəlxalq heşteqinə uyğun video-çarx hazırlayıb. Məqsəd koronavirus karantini zamanında məktəbi və müəllimləri üçün darıxan şagirdləri sevindirməkdir. Layihə rəhbəri Səbuhi Şahmursoydan aldığımız məlumata görə, çarxda Hədəf Liseyində və respublikanın bir sıra məktəblərində çalışan müəllimlərin, eləcə də xarici ölkələrdən olan müəllimlərin etdiyi rəqs nümayiş olunur. Ümumilikdə 25 müəllimin iştirak etdiyi bu video-layihə üçün avstraliyalı müğənni “Tones and I”ın “Dance monkey” mahnısı seçilib. Çarxda gənc tarzən Ayət Baxşıyevin tarla improvizəsi də yer alıb.

 

#şagirdinüçünrəqset heşteqi çərçivəsində hazırlanan bu video-çarx yalnız telefonla çəkilən kadrlarla ərsəyə gəlib. Layihə iştirakçılarının fikrincə, müəllimlər evdə qalarkən də öz şagirdlərini sevindirə bilər, rəqs etmək isə bunun ən effektiv yoludur.

 

#şagirdinüçünrəqset (#danceforstudents) heşteqi artıq sosial şəbəkələrdə də məşhurlaşmağa başlayır.

 

AzEdu.az həmin videonu təqdim edir:

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları