https://www.zirve.edu.az/
17.02.2020 09:22
Kənd məktəbində nümunəvi addım – Psixoloq şagirdlərin evinə yollandı
Çap et

Müasir məktəbin qarşısında duran vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji xidmətin inkişafına  ehtiyacı çoxdur.  Tez-tez  şagirdlərin təlimə münasibətlərinin zəifləməsi, tərbiyə səviyyəsinin aşağı düşməsi, müəllim şagird münasibətlərində, eləcə də müəllim-valideyn münasibətlərində çətinliklərin olması barədə mülahizələrin şahidi oluruq. Şagirdlərin intellektual səviyyələrinin müxtəlifliyi, risk qrupuna aid olanların xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və düzgün yanaşmağı tələb edir.

Hər bir şagirdin imkanını aşkara çıxarmaq, onun inkişafına təkan vermək məktəbdə təlim- tərbiyəni optimallaşdırmağın əsas tələblərindəndir. Psixologiyanın nailiyyətlərinin məktəb təcrübəsinə tətbiqinin ən perspektiv yollarından biri təhsil sisteminin bütün sahələrinə psixoloji xidmətin təşkilindən ibarətdir.

I Şıxlı kənd tam orta məktəbində psixoloji xidməti yaxşılaşdırmaq üçün son vaxtlar bir sıra tədbirlər həyata keçirilir.

Azyaşlıların  məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların  məktəb təlimi şəraitinə, məktəb həyatına  daha yaxşı uyğunlaşmasını təmin etmək üçün məktəbin psixoloqu və müəllimləri ilə birlikdə beş yaşlı uşaqlar və onların valideynləri ilə maarifləndirici görüş keçirilib.

Məktəb psixoloqu A. Cəfərova  bu yaş dövrünə uyğun uşaqların psixoloj xüsusiyyətləri  və valideynlərin onlarla yaş səviyyələrinə uyğun davranmaları haqqında məlumat verdi. Tədbirin sonunda məktəbin direktoru M.Qocayev beş yaşlılara Təhsil Nazirliyi tərəfindən göndərilən dərslik və dərs ləvazimatları təqdim edib.

Görüşün məqsədi valideyn və şagirdləri psixoloji xidmət işi haqqında maarifləndirmək olub.  

 

Eyni zamanda, məktəbin  psixoloqu A.Cəfərova  ibtidai sinif müəllimi R.İbrahimova və UBTR-N.Yusubova evdə  fərdi təhsil üzrə 1-ci sinifdə oxuyan  Şəmmədli Xəyal Ramin oğlunun  evində olub, Xəyal və  valideynləri ilə söhbət aparıblar.

 Müəyyən olunub ki, oxuduğu beş ay müddətində  Xəyalın  psixoloji durumunda  inkişaf  var; o, artıq bir neçə hərfi tanıyır, saymağı, insanları dinləməyi, diqqətini toplamağı bacarır.

Psixoloq valideyinə bundan sonra daha diqqətli olmağı, uşağın psixologiyasına uyğun davranmağı məsləhət görüb. Valideyn  dövlətin  övladına olan bu qayğısından çox razılığını bildirdi.