Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 13:12:00
Milli Azərbaycan Tarixi Muzeyinin son nəşrləri məktəblilərə hədiyyə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeo” klubu “Vətənpərvər olaq!” mövzusunda tədbir keçirib.

Muzeydən (MATM) AzEdu.az-a  bildiriblər ki, 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyində müəllim və şagirdlərin iştirakı ilə təşkil olunan tədbirdə “Arxeo” klubun rəhbəri Esmira Rəhimova klubun fəaliyyəti və məqsədləri haqqında ətraflı məlumat verib.

MATM-ın arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə tarixi irsimizin qorunmasının və dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.

Muzeyin maddi-mədəniyyət tarixinə həsr edilən son nəşrləri məktəblilərə hədiyyə olunub.

Liseyin tarix müəllimi Sevil Nəsibova “Arxeo” klubunun fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Sonra klub üzvlərinə sertifikatlar təqdim edilib.