
Finlandiyada yeni proqramın tətbiqinə başlanılır
Finlandiyada təhsildə bərabərsizliyin aradan qaldırılmasına yönəldilmiş proqramın tətbiqinə başlanılır.
Ölkənin Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan "Oxumaq hüququ – təhsilin inkişafı yolunda bərabər start" proqramı 2020– 2021 -ci illərdə əsasən məktəbəqədər təhsil sahəsində bərabərsizliyin ləğvi, savadlılıq səviyyəsinin artımı, tədrisin və aşağı ictimai-iqtisadi statuslu ailələrdən olan şagirdlər üçün ümumi maariflənmənin əldə olunmasında əlyetərliyin təmin edilməsini nəzərdə tutub.
Proqram iki istiqamətə bölünüb – ümumi maariflənmənin və məktəbəqədər təhsilin inkişafına dəstək. Proqramın reallaşdırılmasına federal büdcədən 305 milyon avro (180 və 125 milyon) ayrılmışdır.
Layihənin əsas məqsədi – təhsil sahəsində regional bərabərsizliyin inkişafının qarşısını almaqdır.
Proqram, həmçinin monitorinq və təhsil müəssisələrinin davamiyyətini, peşəkar hazırlığı, müəllimlər üçün ixtisasın artırılması təminatının yaxşılaşdırılmasını özündə ehtiva edir.
Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)
kitabı







