Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 09:00:00
"İmtahan həyəcanı" maarifləndirici video-çarx

Məlum olduğu kimi, 2018-ci il mayın 20-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə   qəbul imtahanları keçiriləcək. Bu imtahanlarda 33 mindən artıq abituriyentin iştirakı gözlənilir. Keçirilən imtahanlarla əlaqədar hələ ötən il DİM tərəfindən “imtahan həyəcanı” və "imtahan prosesi" adlı iki maarifləndirici video-çarx hazırlanıb.

Video-çarxlarda abituriyentlərin imtahan prosesində özlərini rahat hiss etmələri üçün bəzi vacib qaydalar və imtahan həyəcanını dəf etmək üçün məsləhətlər verilir. Video-çarxların aktuallığını və maarifləndirici xarakterini nəzərə alıb bu gün yenidən “imtahan həyəcanı” roliki paylaşılıb. Növbəti gün isə "imtahan prosesi" rolikini yayımlanacaq.