https://www.zirve.edu.az/
10.12.2019 13:51
“Naxçıvan və Urmiya neolit mədəniyyətinin ortaq xüsusiyyətləri”
Çap et

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva İranın paytaxtı Tehranda keçirilən “İran Arxeologiya Cəmiyyətinin I Beynəlxalq konfransı”nda iştirak edib. 

Tarbiat Modares Universitetində iki gün davam edən konfransda  Z. Quliyevanın “Naxçıvan və Urmiya hövzəsinin neolit mədəniyyətinin ortaq xüsusiyyətləri” mövzusunda ingilis dilində məruzəsi dinlənilib. Çıxışda I Kültəpə yaşayış yerindən 2014-2016-cı illərdə aşkar edilən arxeoloji materialların Urmiya hövzəsindəki neolit dövrü abidələri ilə, xüsusən də Hacı Firuz yaşayış yerinin arxeoloji materialları ilə müqayisəli təhlili aparılıb.

Tarixçi alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.