Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 10:23:00
680 min tələbə əfv olunacaq

Türkiyədə terror istisna olmaqla müxtəlif səbəblərdən təhsil aldığı universitetlərlə əlaqəsi kəsilən 680 min tələbə əfv olunacaq.

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ən son 2014-cü ildə həyata keçirilən əfvdən 13 min 365 min tələbə yararlanıb.

Qeyd edək ki, tələbələr 1981-ci ildən 13 dəfə əfv edilib. Hazırda təhsil haqqına və ya digər səbəblərə görə universitetdən uzaqlaşdırılan tələbələrin sayı təxminən 500 mindir. Siyahıya evdə təhsil alanları da əlavə etdikdə onların sayı 680 min nəfər təşkil edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları