Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-28 11:10:00
Məktəbi bitirən şagirdlərin bu qədəri ali təhsilə maraq göstərməyib   

2018-ci ildə tam orta təhsilini başa vuran şagirdlərin təxminən 23%-i təhsilini davam etdirməməyi qərara alıb. 

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Məlumatda qeyd olunur ki, 23% məzun ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında kolleclərə qəbul üçün müraciət etməyib.

Onların 66%-i oğlan, 34%-i qız şagirdlərdir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları