Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 14:45:00
Şagirdlər IX sinifdən sonra təhsilə daha ciddi yanaşırlar –Rəsmi statistika  

2018-ci ildə keçirilən buraxılış imtahanlarında XI sinif şagirdləri IX sinif şagirdlərindən daha yüksək nəticə göstəriblər.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

Məlumatda şagirdlərin IX sinifdən sonra təhsilə daha ciddi yanaşdıqları qeyd olunur.

Bunun əsas səbəbi kimi şagirdlərin 9-cu sinifdən etibarən ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşmaq üçün dərsdənkənar məşğələlərə getmələri və repetitorlarla əlavə məşğul olmaları göstərilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları