Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-24 13:13:00
Akademiya gənc alimlər üçün müsabiqə elan etdi – I yer 1000 manat

D.Mendeleyevin Dövri cədvəlinin yaradılmasının 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsini elan edir.

AzEdu.az xəbər verir ki, AMEA-nın həqiqi və müxbir üzvləri, habelə Azərbaycan Respublikasının elmi və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən və yaşı 35-dək olan gənc kimyaçılar müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər 2019-cu il mayın 25-dək AMEA-nın Kimya Elmləri Bölməsinə (Bakı ş., İstiqlaliyyət küç., 30, 4-cü mərtəbə, 403-cü otaq) təqdim edilməlidir:

- AMEA prezidentinin adına ərizə;
- Namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat) və ya Elmi Şuranın protokolundan çıxarış;
- elmi əsərlərin təsdiq olunmuş siyahısı;
- elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti;
- şəxsi məlumatlar (CV).

Qaliblərin mükafatlandırılması, onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:
I yer – 1000 manat;
II yer – 700 manat;
III yer – 500 manat.