Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 10:00:00
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatır-SABAH

 

 “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb.

AzEdu.az xəbər verir ki, qeyd olunan proqram çərçivəsində sənəd qəbulunun müddəti sabah, 25 yanvar tarixində  başa çatır.

 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib.

Təbiət ixtisasları istiqaməti:

1.1. riyaziyyat;

1.2. mexanika;

1.3. astronomiya;

1.4. fizika;

1.5. kimya;

1.6. biologiya elmləri;

1.7. yer elmləri;

1.8. coğrafiya.

Kənd təsərrüfatı ixtisasları istiqaməti:

2.1. aqrar elmlər.

Səhiyyə və rifah ixtisasları istiqaməti:

3.1. tibb elmləri;

3.2. əczaçılıq elmləri;

3.3. səhiyyənin idarə edilməsi.

Texniki və texnoloji ixtisaslar istiqaməti:

4.1. texnika elmləri.

İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti:

5.1. iqtisad elmləri.

Təhsil ixtisasları istiqaməti:

6.1. pedaqogika;

6.2. psixologiya;

6.3. təhsilin idarə edilməsi.

Humanitar və sosial ixtisaslar istiqaməti:

7.1. tarix;

7.2. sosiologiya;

7.3. hüquq elmləri.

Qeyd edək ki, proqram haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://edu.gov.az/upload/file/Beynelxaql-emekdashliq/2019/11/elan-DP-PhD-18_11_2019.pdf

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları