Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 12:15:00
Aprel şəhidinin məktəbli qızı – “Atam böyüyüb öz arzusuna çatdı, mən də gələcəkdə snayperçi olacağam”  

Azedu.az  təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi”  mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.

“Aprel 2016”   Şəhid Ailələrinə dəstək İctimai Birliyi bu layihənin gerçəkləşməsində təşkilatı dəstək verir.   

Təqdim etdiyimiz  “Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” mövzusunda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşüb, eyni zamanda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazırlar.

Bu dəfə,  Aprel döyüşlərində qəhrəmanlıq göstərən zabit, şəhid kapitan Nəcməddin Savalanovun qızı Leyla Savalanlı atası haqqında ürək sözlərini inşa şəklində yazıb. İkinci sinif şagirdi olan Leylanın inşası həcmcə az olsa da, səmimiyyət göstəricisinə görə çox böyükdür. Odur ki, ən təbii hisslərdən doğan bu fikirlərə əl vurmadan oxuculara təqdim edirik:

Qeyd edək ki, Leyla hazırda 20 saylı məktəb-liseyin  2-ci sinif şagirdidir. 

DOSYE: Nəcməddin Savalanov 1985-ci ildə İmişli rayonunda anadan olub. 2016-cı il Aprel döyüşləri zamanı yaralansa da, may ayında şəhid olub, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Nəcməddin Savalanov ailəli idi, ondan iki qız və bir oğlan övladı yadigar qalıb.

2017-ci ildə haqqında “Şəhidliyə aparan yol” adlı film çəkilib. 

 “Mənim atam Aprel döyüşünün qəhrəmanı, şəhid kapitan Nəcməddin Savalanovdur. Mənim arzum həmişə həkim və snayperçi olmaqdır. Mən həmişə istəmişəm ki, Vətənimizin torpaqları işğal altından azad olsun.  Atam da həmişə bunu istəyərdi. Mən də onun kimi Vətənimizin torpaqlarıyla , əsgərlərimizlə, bayrağımızla qürur duyuram. Və mən Atamla fəxr edirəm, çünki atam da vətənini çox istəyirdi.

Hətta mənim atam şeirlər, meyxanalar yazardı. Onun uşaqlıqdan arzusu hərbçi olmaq idi.

Atam çox savadlı kadr idi. O, böyüyüb öz arzusuna çatdı. Onun çoxlu medalları var. Atam əsgərlərinə həmişə qürurla əmr verərdi.

Allah bütün şəhidlərimizin ruhunu şad, şəhadətini qəbul eləsin!

Amin!!!”