Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-07 11:00:00
Qəbul olub qeydiyyatdan keçməyənlərə pis xəbər! - Boş qalan plan yerləri işə yaramayacaq

Dünən Dövlət İmtahan Mərkəzi rezidenturanın boş qalan plan yerlərinə ərizə qəbulunu elan edib. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər DİM-ə müraciət etməlidirlər.

Bu yerlər üzrə ixtisas seçimində yalnız müsabiqə şərtini ödəmiş, lakin müsabiqədən keçməmiş namizədlər iştirak edə bilər. Nədənsə, boş qalan plan yerlərinə qəbul ilə daha çox qəbul olunub, qeydiyyatdan keçməyən namizədlər maraqlanırlar.

Sual:

Rezidenturaya ixtisas seçimində iştirak edərək uğur qazanıb, amma vaxtında qeydiyyatdan keçə bilməyənlər boş qalan plan yerlərinə qəbulda iştirak edə bilərlər?

Cavab:

Xeyr. Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, rezidenturaya qəbul olsa da, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar. Müsabiqədə yalnız müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, rezidenturaya qəbul üçün ayrılmış 569 plan yerindən 350-inə qəbul həyata keçirilib. 219 plan yeri boş qalıb.

Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər 7 və 8 avqust 2019-cu il tarixlərində saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları