Azedu.az

İxtisas seçimi zamanı ən böyük SƏHVLƏR: Övladınızı dinləyin

Təhsil ekspertləri

21 İyul 2025, 10:07
İxtisas seçimi zamanı ən böyük SƏHVLƏR: Övladınızı dinləyin

"Hər il dəstək məqsədilə ixtisas seçimiylə məşğul oluram, konsultasiya edirəm. Bəzən də olur ki, yalnız konsultasiya aparır, ixtisas seçimindən imtina edirəm. Amma hər bir halda mən valideynlərin abituriyentlərə olan güclü başqısının şahidi oluram. Düzdür, bu ildən-ilə azalır. Abituriyent olur ki, yığdığı baldan asılı olmayaraq hədəfini yalnız bir ixtisasa yönəldir".

Bu fikri AzEdu.az-a açıqlamasında STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib.

164673Ekspert bildirib ki, insan hədəfini seçib, insan hətta öz xarakterinin həmin ixtisasa uyğunluğunu müəyyənləşdirib: "Amma abituriyent olub ki, biz konsultasiya, ixtisas seçimi müddətində bir saat, yarım müddətdə onun bir dəfə də ağzını açdığını görməmişik. Uşaq olub ki, biz sualları vermişik, onun atası, anası cavab verib. Biz abituriyentdən "sən nə olmaq istəyirsən? sənin hədəfin nədir?" sualını soruşub cavabını valideynlərindən eşitmişik.Bir dəfə xatırlayıram ixtisas seçimində idik. Gənc bir xanım gəldi, yanında da anası və başqa bir qadın idi. Soruşdum sonra, sənə demə, xanımın əmisinin yoldaşı imiş. Olsun. Əyləşdilər, biz söhbətimizi etdik. Mən çalışıram ki, abituriyentlə danışım, ixtisas seçiminə yalnız tələbə olma mexanizmi kimi yox, gələcək əmək bazarına kadr namizədi kimi yanaşım. Amma gördüm ki, gənc xanımın gözlərində sanki bir təşviş, qorxu var, özünü ifadə edə bilmir.

Biz sualı veririk,gah anası, gah da əmisi yoldaşı cavab verir. Bir fərdin, şəxsin cinsindən asılı olmayaraq ixtisas seçimi ilə bağlı suala, özü ola-ola niyə əmisi yoldaşı cavab verməlidir?Hələ bu da son deyil. Sonradan bir də gördüm ki, anasına zəng gəldi və telefonu mənə uzatdı. Dedim buyur. Dediki mən onun dayısıyam, xahiş edirəm uşağa yaxşı ixtisaslar seçin. "Bu orada oxuya bilməz, burada oxuya bilməz." və s. Bir az özümü toparlamağa çalışdım. Amma sonra gələn bir zəng məni özümdən çıxartdı. Bir dəfə də dayısı oğlu idi.başladı ki, "Oxuya bilməz bu, belə..." Mən telefonu özümdən uzaqlaşdırdım, əlaqəmi kəsdim və sonradan birbaşa onun anasına zəng etdim. Dedim, "Xahiş edirəm, sabah filan saatda qızınızı götürün, ikiniz gəlin və mən yalnız sizin qızınızla danışmaq istəyirəm."

Abituriyent məcburən, "gözə kül üfürməkdən" ötrü, tək ki, "mən də tələbə oldum" demək üçün istəmədiyi bir ixtisasa daxil olur

"Gördüm, maşallah, xanım da, anası da çox gözəl danışırlar. Xanımın əsl hədəfi varmış. Adam tarixçi olmaq istəyirmiş. Biz sözümüzdə durduq. Bu gün həmin xanım universitetlərin birində tarix ixtisası üzrə oxuyur. Bu nümunələrdən yalnız biridir. Amma bu gün biz çox hallarda tələbələrin gözündə işıq görmürük. Çünki onlar istədikləri yerdə deyillər. Onlar ixtisas seçimi zamanı ya aldadılıblar başqaları tərəfindən, ya da ki özləri-özlərini aldadıblar. Məsələn, adam çox gözəl bilir ki, o, yığdığı 330 balla öz hədəfi olan ixtisasa daxil ola bilməyəcək. Məcburən, "gözə kül üfürməkdən" ötrü, tək ki, "mən də tələbə oldum" demək üçün istəmədiyi bir ixtisasa daxil olur.Və bu onun nəinki təhsil həyatının, həm də gələcəkdə  ümumiyyətlə, kadr kimi öz həyatının çox ciddi səhvlərindən biri ola bilər. Bu, bütün həyatı boyu onu izləyə biləcək ən böyük damğa ola bilər. Bu gün universitetlərə gedin, baxın, görün orada məmnun olan tələbələrin sayı azdır. Çünki bunların əksəriyyəti valideynlərin diktəsi ilə haradasa oxuyurlar".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox