Naxçıvanda 5 minə yaxın şagirdin iştirakı ilə IX siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib
AzEdu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 13 aprel 2025-ci il tarixində şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.
23 mərkəzdə təşkil olunan monitorinqdə 4609 şagird iştirak edib.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.
Qeyd edək ki, təşkil olunan növbəti monitorinq 2024-2025-ci tədris ilində IX siniflər üzrə keçirilən üçüncü buraxılış qiymətləndirmə monitorinqidir.
Monitorinqdə istifadə olunan test tapşırıqlarının cavabları yaxın saatlarda Nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.