Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-31 14:00:00
İnsan Resursları Mərkəzinin 2018-ci ildə gördüyü  vacib işlər - Bir qismi

AzEdu.az 2018-ci ildə  Azərbaycan Resoublikası Təhsil Nazirliyinin nəzdində Təhsil  İşçilərinin Peşəkar İnkişafı  İnstitutunun   İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilmiş əsas yenilikləri diqqətinizə çatdırır:

  1. Müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi müsabiqəsi - Bu müsabiqə ilk dəfə İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilmiş,  müddətli müqavilə ilə işləyən 477 müəllimlə müddətsiz müqavilə bağlanılıb;
  2.  Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi. Bu müsabiqə ilk dəfə İnsan Resursları proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilib, 1294 müəllimin iş yeri dəyişdirilib;
  3.  Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində boş qalan yerlərə ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada və proqram təminatı tətbiq olunmaqla müəllimlərin müddətli müqavilə ilə işə qəbulu üzrə 4 yur həyata keçirilmişdir. Birinci turda 1178 nəfər, ikinci turda 489 nəfər, üçüncü turda 1583 nəfər, dördüncü turda isə 564 nəfər işə qəbul edilmişdir. Turlar başa çatdıqdan sonra İnsan Resursları Mərkəzi tərəfindən boş qalan vakant yerlərə yaşayış yeri, imtahan fənni, bölmə və imtahan nəticəsi nəzərə alınaraq namizədlərlə əlaqə saxlanılmış, 608 namizəd işə qəbul edilib.