Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-26 14:45:00
Siyəzəndə zəif qəbul nəticələri – Tələbəsiz kəndlər  

Qəbul imtahanlarındakı  yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Siyəzən rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

N.Əsədov adına 4 saylı şəhər orta məktəbi üzrə 1995-ci il;

R.Məmmədov adına Eynibulaq kənd orta məktəbi üzrə 1998-2005-ci və 2014-2015-ci illər;

Y.İbrahimov adına Zarat kənd orta məktəbi üzrə 1997-ci il;

V.Qasımov adına Yenikənd kənd orta məktəbi üzrə 1995-1999-cu illər və 2001-2002-ci illər;

F.Cəlilov adına Məşrif kənd orta məktəbi üzrə 1995-1999, 2004-2008, 2011-2014 və 2017-ci il;

R.Abdulrəhimov adına Gil-Gilçay qəsəbə orta məktəbi üzrə 2008-2012-ci illər;

E.Rəhimov adına Sədan kənd orta məktəbi üzrə 1995-1998, 2002-2008, 2011-2015-ci illər;

Ə.Şahbazov adına Dağquşçu kənd orta məktəbi üzrə 1998-2014-cü illər;

Balaca Həmyə kənd orta məktəbi üzrə 2017-ci il;

5 saylı şəhər orta məktəbi üzrə 2008,2009 və 2014-cü illər ərzində heç bir məzun tələbə adını qazanmayıb.

Sözügedən orta təhsil müəssisələrindən əlavə, Siyəzən rayonunun əksər məktəblərində qəbul göstəriciləri respublika səviyyəsindən aşağıdır. Eyni zamanda məktəblərdə şagird azlığı da müşahidə olunur.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları