Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 13:00:00
Harvard və Oksfordda hazırda nə qədər azərbaycanlı oxuyur? –Barmaqhesabı  tələbə sayı  

 

“Keçən il Harvard Universitetinə (Harvard University Harvard College)bir Azərbaycanlı  tələbə qəbul olub və cəmi tələbəmizin sayı isə  5-dir.  Həmin universitetə Türkiyədən 217 nəfər, Ermənistandan  isə heç bir tələbə qəbul olmayıb”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı xaricdə təhsil üzrə şirkət rəhbəri Miryusif  Cavadzadə deyib. Onun sözlərinə görə,  Harvard  Universitetinə  cəmi 5 tələbəmizin qəbul olmasının səbəbi məlumatsızlıq və akademik göstəricilərinin kifayət etməməsidir.

“ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biri olan   Harvard Universitetində  50%  tələbə təqaüd alır. İllik gəliri 65000-dən az olan valideynlər isə övladları üçün ödəmə  etmirlər”.  

Miryusif Cavadzadə bildirib ki,  Böyük Britaniyanın ən məşhur universitetlərindən biri olan    Oxford Universitetində isə  9 Azərbaycanlı tələbə təhsil alır:

“Oxford Universitetində 27 Azərbaycanlı tələbə  məzun olub. Hazırda isə orada  9 tələbəmiz var və heç bir akademik heyətimiz yoxdur. Bu ali təhsil müəssisəsində Türkiyədən 320 şəxs məzun olub.  Hazırda 67  türkiyəli tələbəs və 23 akademik heyət burada çalışır.

Müəllimlər elə bilirlər ki, “Azərbaycanda doktorantura  pilləsinə qəbul olundumsa, bununla da iş bitdi”. Bəlkə də Oxford Universitetində cəmi  1 akademik heyətimizin olması  maddi səbəblərə görədir.  Bəzi müəllimlər özlərini  inkişafa meyl etdirmir. Amma müəllimlər də  öz üzərlərində çalışmalı və araşdırmalıdırlar”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları