Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 10:20:00
Sosial media məktəbliləri həm də bu səbəbdən məhv edir – Valideyn məsuliyyətsizliyinin fəsadları  

Məktəblilərin  əksəriyyəti yuxu problemindən, səhərlər tez və vaxtında oyanmaqdan  əziyyət çəkir. Bunu bəzən, axşam saatlarında sosial media və rəqəmsal cihazlarla əlaqələndirirlər.

İngiltərədəki Sağlamlıq və İctimai Qulluq  Mərkəzi - NHS Digital tərəfindən aparılan araşdırmaya görə, yuxu problemi yaşayan uşaqlarla bağlı xəstəxanalara edilən  müraciətlərdə artım müşahidə olunub.

16 yaşdan kiçiklər arasında yuxu pozuntusu sayaşanların sayı 6.520-dən (2012-13) 9.429-a qədər yüksəlib (keçən il).

Mütəxəssislər yenə də sosial medianı tamamilə qadağan etmək yerinə, valideynlərə uşaqlarına bununla bağlı müəyyən  limit qoymağı tövsiyə edirlər.

Yazıçı rəqəmsal texnologiya  mütəxəssisi Tanya Qudin qeyd edir ki,  ekranlardan yayılan mavi işığın yuxuya mane ola biləcəyini bilirik, ancaq bu problemlərin həqiqi qaynağı sosial media deyil, valideyn  məsuliyyətsizliyidir.

“Əgər uşaqlar ekran və sosial mediaya görə gec saatlara qədər oyaq qalırlarsa, bunun günahkarı valideyndir, sosial media şirkətləri deyil”.

Piylənmə yuxusuzluğu, yuxusuzluq piylənməni  hərəkətə gətirir!

Mütəxəssislərə görə, yaxşı yuxu rejimi, sağlam həyat düzəninin açarıdır. Bu mövzuda bəslənmə də xüsusi rol oynayır. Uşaq və yeniyetmələrin yaşadıqları yuxusuzluğu kompensasiya etmək  üçün  təəssüf ki, çoxlu şəkər və enerji içkisi qəbul etdiyini görürük.

Günel Yaşarqızı
Müəllifin digər yazıları