Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-11 11:32:16
Bəzi universitetlər kafedra səviyyəsindədir

“Biz kafedra, fakültə səviyyəsində olan qurumları niyə ali məktəb adlandıraq ki?...

 

“Bir qayda olaraq hər bir universitet bu ada layiq olmağı bacarmalıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

 

Professor özəl universitetlərin inkişafına dair dövlət tərəfindən müasir dəstəyin olduğunu bildirib:

 

“Azərbaycanda özəl universitetlərə inkişafı ilə əlaqədar dövlət tərəfindən müasir dəstək göstərilib. Ümumiyyətlə özəl universitetlər hər istədiyini edə bilərmi?

 

Bankda işləyən bir şəxs filial direktoru olmaq və ya İT sahəsi ilə bağlı fəaliyyət göstərmək istəsə, bununla bağlı imtahan verib attestatla qəbul olmalıdır.

 

Yəni əgər bir şəxs bankın idarə heyətinin sədridirsə, o, ətrafındakı insanları işə götürməyə qadir deyil. Niyə? Çünki həmin şəxs tələblərə cavab verməli, imtahanla qəbul olmalıdır. Maraqlıdır, bizim özəl ali məktəblərdə vəzifələrə təyinatla bağlı göstəricilərə nə dərəcədə riayət edilir?

 

Azərbaycan Respublikasında təhsil işçiləri üçün vahid tarif sorğu kitabçası vardır. Həmin tarif kitabçasında “Prorektor kim ola bilər?” sualının cavabı əks olunub.

 

İndi sual verilir.Əgər bir şəxs həmin şərtlərə, elmi dərəcələrə cavab vermirsə, o şəxs necə təyin oluna bilər? Ona görə də Azərbaycan Respublikasında hüquqi dövlət qurulub və burada hər şey qaydalara uyğun şəkildə həyata keçirilir”.

 

 

Z.Məmmədov bugünkü təhsil sistemində nəticəyönümlülüyün önəmli olduğunu da vurğulayıb:

 

“Dünyanın heç bir ölkəsində universitetə özəl şirkət kimi yanaşmaq düzgün deyil. Universitetin məqsədi cəmiyyətin gələcək inkişafına uyğun insan yetişdirməkdir.

 

Dünyada çox ciddi şəkildə büdcə qənaətinə riayət edilir. Ümumiyyətlə elə univeristetlər var ki, onlar kafedra səviyyəsindədir. Biz kafedra, fakültə səviyyəsində olan qurumları niyə ali məktəb adlandıraq ki?... Halbuki ali məktəblərə bu qədər vəsaitlər sərf edilir. Bu gün təhsil sistemində nəticəyönümlülük əsas məsələlərdən biridir.

 

Yəni bir qayda olaraq hər bir universitet bu ada layiq olmağı bacarmalıdır”,- deyə professor fikrini yekunlaşdırıb.