Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-10 14:57:54
Qabiliyyət imtahanları davam edir...

Hazırda aktyor sənəti və rejissorluq ixtisasları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qabiliyyət imtahanları keçirilir. Bu günə qədər 777 abituriyent Teatr, kino və xoreoqrafiya sənəti üzrə qabiliyyət imtahanlarında iştirak edib. Bu gün isə 104 abituriyent qabiliyyət imtahanı verir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, aktyor sənəti ixtisası üzrə abituriyentlər aktyor sənəti, musiqi duyumu və ritmika üzrə qabiliyyətlərini nümayiş etdirirlər. Rejissorluq ixtisası üzrə isə abituriyentlər qabiliyyət imtahanında rejissor sənəti və aktyor ifaçılığı üzrə qiymətləndirilirlər.

 

İmtahan iştirakçılarının qiymətləndirilməsi “Abituriyent” jurnalının “Teatr, kino və xoreoqrafiya” sənəti adlı xüsusi buraxılışında dərc edilmiş meyarlar əsasında aparılır.

 

Qiymətləndirmədə tanınmış incəsənət xadimləri, aktyorlar və rejissorlar iştirak edirlər.

 

Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisasları üçün qabiliyyət imtahanları sabah 189-190 nömrəli tam orta məktəbdə davam edəcək