Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-27 16:28:12
Azərbaycanlı gənc ABŞ-nin nüfuzlu ali məktəbindən MƏZUN OLUR

Azərbaycanlı gənc Abutalıb Namazov bu il dünyanın ən nüfuzlu universitetlərindən biri hesab olunan Massaçusets Texnologiya İnstitutundan (MİT) məzun olur.

 

AzEdu.az xəbər verir ki, o, 2020-ci ildə MİT-ə ilk dəfə qəbul olunan 4 nəfər tələbədən biri idi.

 

Qeyd edək ki, Abutalıb Namazov 2015- 2016- cı dərs ilində yuxarı sinif şagirdlərilə qatılaraq fənn olimpiadalarının yekun respublika turunda iştirak edərək, respublikada ilk dəfə olaraq iki fənndən; informatikadan qızıl riyaziyyatdan isə gümüş medala layiq görülmüşdür.

 

Orta təhsilini başa vurana qədər hər il Respublikada keçirilən Fənn Olimpiyadalarının yekun turlarında iştirak edərək informatikadan 4 qızıl, 1 bürünc, riyaziyyatdan isə 1 gümüş medala layiq görülmüşdür.

 

2016-2017- ci dərs ilində RFO-nun həm riyaziyyat, həm də informatika fənləri üzrə yekun turunda iştirak edərək,  respublikada ilk dəfə iki fənndən; informatikadan qızıl, riyaziyyatdan isə gümüş medal qazanıb.

 

2017- ci ildə Avropa Gənclərinin İnformatika Olimpiadasında bürünc, Balkan Gənclərinin Riyaziyyat Olimpiadasında gümüş medallarla mükafatlandırılıb.

 

15 yanvar 2020-ci il tarixdə XVI Beynəlxalq Jaltikov Olimpiadasında qızıl medala layiq görülüb. İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalardan gətirilən ilk qızıl medaldır.

 

Kəmalə Hüseynova