Azedu.az

“Sağlam həyat” devizi ilə kütləvi idman tədbiri keçirilib

Orta təhsil

Maraqlı

Müəllimlər və elm adamları

29 May 2024, 10:54
“Sağlam həyat” devizi ilə kütləvi idman tədbiri keçirilib
Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Sağlam həyat” devizi ilə kütləvi idman tədbiri keçirilib.
 
 
Bu barədə AzEdu.az-a Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.
 
 
Bildirilib ki, tədbirin keçirilməsində məqəsd yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək, uşaqlar arasında bədən tərbiyəsini və idmanı təbliğ etmək, onların asudə vaxtlarını səmərəli təşkil etmək olub.
 
 
Qeyd edək ki, tədbirdə basketbol, futbol, şahmat, stolüstü tennis və atletika idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Sadıkovla bağlı şok sirlər ÜZƏ ÇIXDI-Əsgərləri qırğına belə göndərib
Son xəbərlərDaha çox