Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-23 15:18:00
“Ali məktəbə qəbulda valideyn təzyiqləri azalıb”

İmtahan prosesi çətin olduğu kimi, ixtisas seçimi də o qədər çətin və məsuliyyətlidir. Gənclər üçün bu çətin dönəmdə ailə dəstəyi olduqca vacibdir. Amma müşahidələr onu göstərir ki, bir çox valideyn övladının istər ali məktəbə hazırlaşdığı dönəmdə, istərsə də ixtisas seçimində təzyiqlər göstərirlər.

 

Maraqlıdır, son bir neçə il ərzində valideynlərin təzyiqində azalma müşhidə olunurmu?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə bu təsir çox da dəyişməyib:

 

“Düzdür, əvvəllər bu hal daha geniş vüsət almışdı. Valideynlər peşə təhsilinə heç də müsbət baxmırdılar. Hər bir valideynin arzusu odur ki, övladı ali təhsilli olsun. Bu zaman isə uşağının bacarığını, qabiliyyətini deyil, imtahandan topladığı balı nəzərə alırlar. Məsələn uşağın hansısa peşə sahəsində qabiliyyəti yüksək səviyyədə olsa da, valideyni peşə məktəbində deyil, universitetdə təhsil alması üçün təzyiq göstərir. Bu kimi faktlar çoxdur. Lakin hazırda statistikanın keçmişə nəzərən azaldığını müşahidə edirik. Çünki getdikcə peşə təhsili müəssisələrinə tələbat artır”.

 

Ekspert qeyd edib ki, ixtisas seçiminə valideynlərin müdaxiləsi övladlarının 2-ci təhsil almalarına qədər gətirib çıxarır:

 

“Müsabiqə zamanı ən çox qarşılaşdığım məqamlardan biri də valideynlərin övladlarının istəyini nəzərə almadan, ixtisas seçimi etməsidir. Məsələn bir valideyn deyir ki, müəllimlik ixtisasını mütləq yazın. Bu zaman mən abituriyentə müraciət edib, öz fikrini soruşuram. Dəfələrlə “Xeyr, bu sahəyə heç marağım yoxdur”, - kimi cavablar almışam. Bəzən 2-ci ali təhsil almaq istəyənlərin çoxu, elə valideyn təzyiqi ilə ixtisas seçənlər olur”.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK