Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 10:16:00
“Tələbə nə üçün oxuduğunu, niyə təhsil aldığını bilmir” – “Xarici dillər”in dekanı  

“Azərbaycan tələbələrinin təhsilə münasibəti aydın deyil”.

Bunu AzEdu.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov deyib.

“Ölkədə universitet, tələbə, valideyn münasibətlərinə üçbucaq kimi yanaşsaq, bu prosesin kifayət qədər mürəkkəb olduğunu görərik. Tələbələrimiz  oxuduğu ixtisasla bağlı düşüncələrində əmin deyillər. Yəni onlar bilmirlər ki, “mən bu sahədə təhsil almalıyammı və ya niyə təhsil alıram.

Həmçinin,  tələbələrin davamiyyəti məsələsi də var. Bu da münasibətdən irəli gəlir. Təhsili öz gələcək yolu kimi görən tələbənin təbii ki, davamiyyəti yüksək səviyyədə olacaq. Amma təhsilə münasibətində müəyyən nöqsanları olan tələbələrin həyatına valideyn müdaxiləsi də olanda bir qədər qarışıqlıq yaranır”.

O, qeyd edib ki, təhsil sistemində əsas məsələ məzmundur:

“Azərbaycan təhsilinin Avropaya inteqrasiyası istiqamətində Baloniya, kredit sistemi və.s texniki məsələdir. Əsas məsələ fənnin tədrisindən tələbə nə əldə edir? Müəllim tələbəyə nə verir və tələbə tədrisdən nə əldə edir?

Təhsil kompleks yanaşma tələb edir. Burda tələbə, müəllim, hansısa məqamlarda  valideyn də var. O cümlədən, cəmiyyətin digər üzvləri, tələbələrin dostları – hamı....Ona görə də bu mürəkkəb durumda müəllim tələbəni nə qədər inandıracaqsa, o, ixtisasa bir o qədər maraq göstərəcək, oxuyacaq. Bizim tələbələrimiz dünyanın digər tələbələri kimi savadlı, biliklidir”.