Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-10 14:18:06
UNEC-də seminar: “Heydər Əliyev və Azərbaycan təbiəti”

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda tələbə elmi seminarı keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda departamentin direktoru dosent Gülnarə Rzayeva, “Azərbaycan dili” kafedrasının dosenti Mətanət Əmrahova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda yeni ictimai şüurun yaranmasındakı rolundan və ölkədə yeni ekoloji düşüncənin formalaşmasındakı xidmətlərindən danışıblar.

 

 Seminarda Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Murad Əlizadə, Biznes və menecment fakültəsinin I kurs tələbələri Əli Pişnamazzadə, Vüsal Qocayev, Ləman Gajıyeva və II kurs tələbəsi Vüsal Kazımov Ümummilli Liderin təbiəti mühafizə siyasəti mövzusunda təqdimatla çıxış ediblər.

 

Seminarın sonunda məruzə ilə çıxış edən tələbələrə sertifikatlar təqdim olunub.