Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-07 14:46:03
AzTU ilə Bakı Gəmiqayırma Zavodu arasında memorandum imzalanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Gəmiqayırma Zavoduna səfər edib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, səfər zamanı AzTU nümayəndələri zavodun İdarə Heyətinin sədri Elşad Nuriyev və əməkdaşlarla görüşüblər.

 

Görüşdə universitet-sənaye işbirliyinin inkişafı, AzTU-nun bakalavr tələbələrinin zavodda istehsalat, magist tələbələrinin elmi-tədqiqat təcrübəsi keçmələri, doktorantların elmi-tədqiqat işlərinə cəlb olunmaları istiqamətində fikir mübadiləsi aparılıb. Bundan başqa, birgə konfransların, karyera sərgilərinin keçirilməsi də müzakirə olunub.

 

Görüşün sonunda universitetlə müəssisə arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Daha sonra AzTU-nun nümayəndə heyəti zavodun ərazisini gəzib, burada görülən işlərlə tanış olublar.