Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 12:41:00
Biri bu məqsədlə öz nüfuzunu öldürür, digərində isə axtarsaq, çox şeylər çıxacaq” –  Universitetlərimiz “İraq göz”də

AzEdu.az-ın “İraq göz” adlanan rubrikası əsasında hazırda  xaricdə təhsil alanların, eləcə də əcnəbi universitetlərin məzunları olan soydaşlarımızınAzərbaycan universitetləri haqqında qısa fikirlərini öyrənməyə davam edirik.

Rubrikada hər dəfə fərqli şəxslər ali məktəblərimiz haqqında düşüncələrini bizimlə bölüşəcək.

Qeyd edək ki, müsahiblərə  bir çox universitet adlarını təqdim etsək də, onlar yalnız  məlumatları olan universitetlər haqqında danışdılar.

Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

İtaliyanın Sapienza Universitetində təhsil alan Firuz Süleymanovun fikirləri:

Azərbaycan Tibb Universiteti- Hazırda bu sahədə kadr ehtiyacını tam şəkildə ödəyə bilir. Beynəlxalq əməkdaşlığı gücləndirməsi universiteti daha da prestijli edə bilər;

UNEC-Son zamanlar müsbətə doğru dəyişdiyini  gördüyüm əsas universitetdir. Həm əməkdaşlıq, həm  də daxili strukturun nizamlanması universiteti rəqabətə davamlı təhsil yönündə aparır;

Azərbaycan Universiteti-Beynəlxalq əlaqələrini gücləndirmək özəl universitetlər üçün önəmli faktordur. İkili diplom təhsilin güclü universitetlərə aparılması və beynəlxalq təşkilatların təhsil proqramlarından daha çox faydalanması yaxşı olardı;

Azərbaycan Dillər Universiteti-Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bu universitetin prioritet istiqaməti üçün əlverişli şərait yaradır.Tələbələrin bu tədbirlərdə praktika imkanlarının artırılması hər tərəfli daha çox müsbət nəticə verər.

Almaniyanın Leypsiq Universitetində təhsil alan Bağır Quluzadənin qənaətləri:

Azərbaycan Tibb Universiteti-  Xaricdən gələn tələbələri heç bir imtahan olmadan qəbul edirlər. Buna görə, indi orada Asiyanın müxtəlif ölkələrindən biliyi tibb üzrə təhsil üçün  çatmayan tələbələr oxuyurlar. Bizim ölkədə tibbə qəbul olmaq üçün tələbələr 550-dən çox bal yığmalıdır, amma Malayziya, İrandan olan tələbələr sadəcə təhsil haqqını ödəməklə universitetə qəbul olurlar. Bu da universitetin nüfuzuna  ciddi təsir göstərir.

Bakı Biznes Universiteti-Adı Biznes  Universiteti olsa da dünyadakı biznes universitetləri ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.Avropanın cəmi 2-3 biznes məktəbi ilə əməkdaşlıq edir.

Bakı Dövlət Universiteti-Yaşlı kadrlar çoxdur, deyilənə görə, bəzi auditoriyalarda oturmağa stul yoxdu.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti- Dostum orada oxuyur. Deyir ki, xaricdə təhsil mübadilə proqramları ilə öz tanışlarını göndərirlər. Axtarsan hələ çox şey çıxar.