Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 15:22:00
Hazırda AMEA-da çalışan ən qocaman əməkdaşlar – 90-ı ötənlər

Azərbaycan Milli Elmlər Akademiyasının əsası  1945-ci ildə qoyulub.

AMEA-nın bu gün 6 bölməsi var. Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 72 həqiqi  və 112 müxbir üzvü var.

AzEdu.az bu dəfə sizə akademiyanın qocaman elmlər doktoru və professorlarını təqdim edir:

Məhərrəm Məmmədyarov-1924-cü ildə Naxçıvanın Yaycı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. Kimya elmləri doktoru, professordur. 1989-cu ildə müxbir üzv, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Hazırda AMEA-nın Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun Sintetik yağlar laboratoriyasının müdiridir;

Ədilə Namazova-1926-cı ildə  Ağdam rayonunun Seyidli kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya  fakültəsini bitirib. Tibb elmləri doktoru, professordur. 1983-cü ildə AMEA-nın həqiqi üzvü seçilib. Hazırda Azərbaycan Tibb Universitetində,Uşaq xəstəlikləri kafedrasının müdiridir;

Ömər Eldarov-1927-ci ildə Dərbənddə doğulub. Leninqraddakı İ.E.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu, Heykəltəraşlıq şöbəsini bitirib. Professordur. 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. Hazırda Azərbaycan Dövlər Rəssamlıq Akademiyasının rektorudur;

Teymur Bünyadov-1928 ci-ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetində Tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur.1989-cu ildə müxbir, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Hazırda AMEA –nın Arxeologiya və Etnoqrafiya İnstitutunda  Şöbə müdiridir;

Çingiz Qacar-1929-u ildə Bakıda anadan olub. Fizika-riyaziyyat üzrə elmlər doktoru, professordur. 1980-ci ildə müxbir, 2001-ci ildə həqiqi üzv seçilib. Hazırda AMEA-nın Fizika İnstitunda Molekulyar spektroskopiya laboratoriyasının rəhbəridir.