Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-18 14:12:00
Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “1 sual, 1 cavab” rubrikasına start verilib.

 

Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, təşəbbüsdə əsas məqsəd təhsil işçilərini daha çox düşündürən suallara aydınlıq gətirilməsindən ibarətdir. Sosial şəbəkə vasitəsilə suallarına cavab tapmaq istəyən təhsilverənlər TDM-in feysbuk və instaqram səhifələrində paylaşılan məlumatların altından onları maraqlandıran suallarını qeyd edə bilərlər.

 

Müəllimlərin suallarının cavabları TDM-in feysbuk və instaqram səhifələrində məlumat (post) şəklində paylaşılacaq.