Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-28 09:41:19
18 yaşlı gənc qızı avtomobil vurub

Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, rayon ərazisində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Eminova Güldəstə Ruslan qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.