Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-08 15:07:50
AzTU- da silsilə təlimlərə start verilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnnovativ Texnologiyalar Mərkəzi akademik heyət üçün “Layihələrin idarə olunması” mövzusunda silsilə təlimlərə başlayıb. Təlimlərin üç ay davam etməsi nəzərdə tutulur.

 

AzEdu.az xəbər verir ki, İnnovativ Texnologiyalar Mərkəzinin fəaliyyət planına uyğun olaraq digər istiqamətlərdə də təlimlərin və seminarların keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, mərkəz “Erasmus+KA2” proqramı çərçivəsində AzTU-da icra edilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi üzrə yaradılıb.