Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 12:53:11
Məktəblilər BMU ilə tanış olublar

Məktəblilərin Bakı Mühəndislik Universiteti (BMU) ilə yaxından tanışlıq məqsədi daşıyan ekskursiyaları davam edir. Universitetin növbəti ziyarətçiləri Xəzər rayonu İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin şagirdləri olublar.

 

Bu barədə universitetdən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, məktəblilərə universitetin maddi-texniki bazası, tədris prosesi və ixtisaslar barədə geniş məlumat verilib, həmçinin Riyaziyyat və informatika kafedrasında onlar üçün seminar təşkil edilib. Sonra şagirdlər universitetin Kimya-biologiya, İKT mərkəzi, Texnoparkı və digər tədris laboratoriyaları ilə yaxından tanış olublar. Eyni zamanda Kimya laboratoriyasında “Fil dişi” və kimyəvi “Neytrallaşma” təcrübələrini əyani şəkildə izləyiblər.

 

Universitetin Material və metallografiya laboratoriyasında da şagirdlər üçün müvafiq təcrübələr aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.