Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 17:45:57
Tarixçi alimin rus dilində monoqrafiyası çap olunub  

Tarix elmləri doktoru, professor Hidayət Cəfərovun Azərbaycanın Son Tunc və İlk Dəmir dövründə Qədim Şərq ölkələri ilə mədəni-iqtisadi əlaqələrindən bəhs edən monoqrafiyası rus dilində işıq üzü görüb.

 

Bu barədə AzEdu.az-a AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Monoqrafiyada Azərbaycanın Son Tunc və İlk Dəmir dövrü abidələrində aparılmış qazıntılar nəticəsində aşkar olunmuş materiallar əsasında yerli əhalinin Qədim Şərq ölkələri ilə mədəni-iqtisadi əlaqələri tədqiq olunub.

 

İlk növbədə, Ön Asiya ölkələri ilə əlaqələrin yaranma səbəbləri, xarakteri, rolu və vasitələri haqqında geniş tədqiqat işi öz əksini tapıb. Qarşıya qoyulan vəzifənin geniş işıqlandırılması üçün müəllif Azərbaycanın Son Tunc və İlk Dəmir dövrünə aid arxeoloji komplekslərini araşdırıb, aşkar olunmuş materialları qruplaşdırıb, onların sırasında başqa ölkələrdən gətirilmiş nümunələri ayırd etməyə çalışıb. Aparılmış tədqiqatlar həmin dövrdə Azərbaycan əhalisinin Qədim Şərq ölkələri ilə mədəni-iqtisadi əlaqələrinə işıq salır.

 

Tədqiq olunmuş materiallar (keramika, xəncərlər, silindrik möhürlər, balıq qulaqlarından muncuqlar, qalaydan müxtəlif əşyalar) bir neçə ölkələrlə sıx əlaqələrin olduğunu əks etdirir. Müəllif tərəfindən həmin ölkələr sırasında Assuriya, İran və Suriya-Fələstin qeyd olunub.