Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-11 11:13:06
Buraxılış imtahanının cavabları nə zaman açıqlanacaq? - RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM)  tərəfindən 3 və 10 mart tarixində XI illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi.

 

AzEdu.az xəbər verir ki, imtahan cavablarının nə zaman açıqlanması ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlama verib.

 

Sədr bildirib ki, imtahan nəticələrinin emalı kifayət qədər texniki nöqteyi-nəzərdən mürəkkəb işdir:

"Həmin cavablar 2 gün ərzində 2 dəfə skan olunur. Skan olunduqdan sonra nəticələr bir-birləri ilə müqayisə olunur, əgər dəqiqdirsə, o halda fayl təsdiqlənir. Faylın təsdiqindən sonra kodlaşdırılma işləri aparılır. Sonrakı mərhələdə hər bir sual kəsilir. Kəsilmədən qabaq bütün şagirdlərin sualları 1 fayl təşkil edirdisə, artıq bundan sonrakı mərhələdə 10 fayl olur.

 

Bu proseslər yekunlaşdıqdan sonra yoxlama prosesi başlayır. Hər bir sual 2 marker tərəfindən yoxlanılır. Əgər markerlərin cavabları üst-üstə düşürsə, nəticə qəbul olunur. 50 min iş verilibsə, hər bir şagird 10 yazılı sual yazıbsa, hər bir sual 2 dəfə yoxlanılırsa, bu halda nə qədər vaxt tələb olunduğunu görmək mümkündür. Ən az 1 ay ərzində bu proses davam edəcək. 1 aydan sonra nəticələr bəlli olacaq”.