Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-05 15:03:00
Paytaxt məktəblərində idman həftəsi - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

 

İdarədən AzEdu.az-a bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində təhsilalanlar idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri, həmçinin məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, idmana göstərilən dövlət qayğısı barədə məlumatlandırılırlar.

 

İdman həftəsi çərçivəsində məktəblilər səhər gimnastikası edir, şagirdlərə idman növləri haqqında geniş məlumatlar verilir, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılır.

 

Ümumi təhsil müəssisələrində eyni zamanda idman nailiyyətləri olan idmançılarla görüşlər keçirilir. Həmçinin idman viktorinası və “Olimpiya oyunları uşaqların gözü ilə” sərgiləri təşkil olunur.

 

Eyni zamanda ümumi təhsi müəssisələrində sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri, rəsm müsabiqəsi, “Ən sürətli şagird qaçış yarışı” keçirilir.

 

Bundan başqa, idman həftəsi çərçivəsində “Şən startlar” estafet yarışı, basketbol və qol güləşi yarışlarının təşkili, idmanla bağlı esselərin yazılması da nəzərdə tutulur.