Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-01 14:32:33
Kolleclərə sənəd verərkən bu məqamları nəzərə ALIN

Martın 3-dən etibarən buraxılış imtahanları başlayır. 10 və 11-ci sinif şagirdləri də buraxılış imtahanı verərək 9 illikdən kolleclərə müraciət edə bilər.

 

9 illikdən kollecə qəbul olmaq istəyənlər 27 mart-15 aprel tarixlərində qeydiyyatdan keçməlidir.

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev orta ixtisas təhsil müəssisələrində (Kollec) oxumaq istəyənlərə tövsiyələr verib:

 

“Kolleclərə qəbul yalnız buraxılış imtahanının balı ilə aparılır. Kollec diplomu subbakalavr dərəcəsi almaq və ali məktəbə qəbul üçün bir qapıdır. Türkiyə universitetləri 9 illikdən subbakalavr dərəcəsi üzrə Azərbaycan diplomunu tanımır. Həmçinin, kolleci bitirənlər ancaq oxuduğu ixtisas üzrə ali təhsilə müraciət edə bilərlər.

 

Gələcəkdə universitetə qəbul olmaq üçün kollec seçimi edənlər oxuduğu ixtisasdan fərqli ixtisas seçmək istəsələr mütləq abituriyentlər kimi qəbul imtahanlarında iştirak etməlidirlər. Onu da qeyd etmək lazımdır ki, hər ixtisas üzrə kollec bitirən subbakalavr universitetə qəbul ola bilmir.

 

9 illikdən kollec bitirən oğlan abituriyentlər 18 yaşı 30 apreldən sonra tamam olduqda ali təhsil üçün möhlət hüququ verilir. Kollecə müraciət edən, lakin qəbul ola bilməyən şagirdlər oxuduqları məktəbdə təhsilinə davam edir. Rus bölməsi 9-cu sinif şagirdləri kollecə müraciət etmək üçün dövlət dili Azərbaycan dili imtahanı verməlidir. Kollecə müraciət edərkən elə ixtisas seçmək lazımdır ki, gələcəkdə universitetə subbakalavr kimi qəbul olmaqda çətinlik yaşanmasın. 9 illikdən kollecə musiqi, rəsm, idman sahəsi üzrə müraciət edənlər qabiliyyət imtahanı verməlidir. 9 illikdən qiyabi təhsil forması yoxdur”.