Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 13:29:35
ADNSU-da Türkiyənin nümayəndələri ilə görüş

Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin Bahçeşehir Universiteti (BAU) ilə əməkdaşlıq görüşü keçirilib.


AzEdu.az xəbər verir ki, görüşdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, prorektorlar, rektoun müşaviri, həmçinin Bahçeşehir Universitetinin rektorunun məsləhətçisi, Türk Dünyası ilə Əlaqələr üzrə rektor müşaviri Prof. Dr. İhsan Alpargın, İqtisadiyyat, İnzibati və Sosial Elmlər Fakültəsinin dekanı, Prof. Dr Ebru Canan Sokullu, BAU- nun professor-müəllim heyətinin üzvləri Dr. Yüksel Alper Ecevit, Dr. Zekeriya
Tüzen iştirak ediblər.


ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Ulu Öndər Heydər Əliyevin adına olan belə bir auditoriyada qonaqları salamlamaqdan məmnun olduğunu bildirib. Universitetdə tədris prosesi,ixtisaslar, dünya reytinqlərində ADNSU-nun tutduğu yer, beynəlxalq əlaqələr, həmçinin Türkiyə universitetləri ilə mövcud əməkdaşlıq əlaqələri, mübadilə proqramlarından danışan dosent Vazeh Əskərov Bahçeşehir Universiteti ilə əməkdaşlığın daha da genişləndirilməsinə və müvafiq sahələrdə yeni layihələrin reallaşdırılmasına hazır olduqlarını bildirib.


Bahçeşehir Universiteti İqtisadiyyat, İnzibati və Sosial Elmlər Fakültəsinin dekanı, CIFAL İstanbul/UNITAR direktoru prof. Dr. Ebru Canan Sokullu qonaqpərvərliyə və səmimi qarşılanmaya görə ADNSU rəhbərliyinə təşəkkürünü bildirib. ADNSU ilə əməkdaşlığın yeni müstəvidə inkişafı üçün bir sıra istiqamətlərdə- süni intellekt, davamlılıq, qloballaşma, elmi tədqiqatlar və yaşıl enerji üzrə müxtəlif elmi tədqiqat işlərinin aparılmasının vacibliyini qeyd edərək bu istiqamətdə həmçinin tələbə və professor-müəllim mübadiləsində maraqlı olduqlarını qeyd edib.


Əməkdaşlıq oluna biləcək sahələrin müzakirə olunduğu görüşdə birgə tədris proqramlarının tətbiqi, yeni layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib. Sonda qonaqlar Türkiyə- Azərbaycan Dostluq Mərkəzi ilə tanış olublar.