Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 17:18:00
Azərbaycandan ilk dəfə bizim assosiasiya EERA-ya üzvlük hüququ qazanır

Bu gün Azərbaycanın təhsil sahəsi və təhsil tədqiqatları üçün çox önəmli gündür. Bilirsiniz ki, Azərbaycanda təhsil sahəsində bir sıra assosiasiyalar mövcuddur. Lakin bizim Azərbaycan Təhsil Tədqiqatları Assosiasiyası (AzERA) ona görə önəmlidir ki, Azərbaycandan ilk dəfə bizim assosiasiya Avropa Təhsil Tədqiqatları Assosiasiyasına (EERA) üzvlük hüququ qazanır.

 

AzEdu.az xəbər verir ki, bunu AzERA-nın prezidenti Cavid Cəfərov jurnalistlərə müsahibəsində söyləyib. O deyib: “EERA ilə iki ildən çoxdur ki, görüşlər təşkil edirik.

 

Bu görüşlər həm onların Berlin ofisində olub, həm də onlar Bakıda olublar. Çox şadam ki, biz bunu həyata keçirə bildik. Bu gün EERA-nın rəhbər şəxsləri buradadırlar Biz artıq EERA-ya qoşuluruq. Elm və Təhsil Nazirliyi, ADA Universiteti, Təhsil İnstitutu bizə ciddi dəstək oldu. Ümid edirəm ki, Avropa Təhsil Tədqiqatları Assosiasiyası ilə uğurlu əməkdaşlıq edəcəyik”.