Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 16:11:46
Həkimdən ÇAĞIRIŞ: Uşaqlarınız bu səbəbdən qızılcadan ÖLÜR

Qızılcadan ölüm sayı hər gün durmadan artır. Qeyd etmək lazımdır ki, bu xəstəliyə yoluxanlar arasında uşaqlar çoxluq təşkil edir.

 

Bəs, qızılcadan qorunmaq üçün hansı təxirəsalınmaz tədbirlər görülməlidir?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan həkim-infeksionist Vasif Əliyev bildirib ki, qızılcaya yoluxmanın qarşısının alınmasının yeganə yolu peyvənd olunmaqdır:

 

“Qızılca virusunun həm böyüklər, həm də uşaqlar arasında yayılması məyusedici haldır. Nəzərə almaq lazımdır ki, bu yoluxma ölümlə nəticələnə bilir. Xüsusilə də son vaxtlar azyaşlı uşaqları bu xəstəlikdən itiririk. Bu yoluxucu virusdur. Ara məsafəsi gözləməklə, maska taxmaqla, əllərimizi yumaqla qorunmaq effektiv üsul deyil. Çünki qızılcanın səkgili olduğu dövrlə yanaşı, səpkidən əvvəlki dövrü də var. Xəstəlik ilk növbədə yüksək hərarətlə başlayır. Şəxs səpkisiz olduğu vaxtda kimlərlə təmasda olubsa, həmin insanlar da xəstəliyin daşıyıcısıdır. Bunun qarşısını almağın yeganə yolu əvvəlcədən qızılcaya qarşı peyvəndin vurulmasıdır. Hazırkı epidemioloji vəziyyəti nəzərə alaraq hər qızıdırmalı xəstəyə qızılca virusunun daşıyıcısı kimi baxmalıyıq. Hətta böyüklər də zamanında peyvənd olmayıb, xəstəliyi keçirməyiblərsə, 2 doz olmaqla peyvənd vurdura bilərlər”.

 

V.Əliyev bildirib ki, qızılcaya yoluxanlar mütləq həkim nəzarətində olmalıdırlar:

 

“Bəzən insanlar düşünür ki, qırmızı paltar geyinmək, otağı qırmızıya boyamaqla qızılca bədəndən daha tez çıxır və sağalırsan. Bunların müalicəvi köməyi yoxdur. Xəstə istər ev, istərsə də xəstəxana şəraitində həkim nəzarəti altında müalicə almalıdır və xəstəlik ağırlaşdığı zaman xəstəxanaya yerləşdirilməlidir. Mövcud xəstəlikdən ölüm hallarının artmasının səbəblərindən biri də elə budur. Valideynlər uşaqlarını həkim nəzarəti olmadan sağaltmağa çalışırlar. Bu qətiyyən yolverilməzdir”.